Şamaxıda yağan qar bir sıra fəsadlara səbəb olub
16.11.2021 [18:50]
Küləklə müşahidə edilən qar səbəbindən Şamaxı şəhəri də daxili olmaqla bəzi kəndlərdə ağacların aşması səbəbindən elektrik naqilləri qırılıb, bəzi yerlərdə əhaliyə elektrik enerjisinin verilişi dayanıb. Havanının qarlı və çovğunlu olması nəticəsində dağlardakı qar avtomobil yollarına tökülüb, yolun hərəkət hissəsi qarın altında qalıb. Bu səbəbdən avtomobil yollarında nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Əraziyə cəlb edilən yol istismar idarəsinin canlı qüvvəsi və texnikaları yoldakı qarı təmizləyərək avtomobillərin hərəkətini bərpa edib.