CƏMİYYƏT


Zərdabda suvarmada istifadə olunan nasos stansiyaların təmirinə başlanılıb

Zərdab Suvarma Sistemləri İdarəsi rayon ərazisində suvarmanın mütəşəkkil aparılması üçün gücləndirilmiş iş rejimində çalışır. İdarə balansında olan 39 min hektardan artıq əkin sahəsini mexaniki üsulla suvarır. Bir hissəsi Kür çayından götürülən su 68 ədəd nasos stansiya vasitəsilə sahələrə vurulur. Bunun üçün nasos stansiyalarda qurulmuş 110 aqreqatın gücündən istifadə edilir.