CƏMİYYƏT


Şəmkir rayonunda yol qəzası olub, avtomobil körpüdən asılı qalıb

Noyabrın 18-də gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində içərisində bir nəfərin olduğu avtomobilin körpüdən asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumat əsasında nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır