Şəhid Orxan Cabbarov Quba Şəhidlər xiyabanında torpağa tapşırılıb
18.11.2021 [15:55]
Xəbərin mətni
Dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan giziri Cabbarov Orxan Hətəm oğlu noyabrın 18-də Qubada dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin dəfn mərasimində şəhər icra hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.