Ekspert: Yüngül simptomlu koronavirus xəstələrinin antibiotikdən istifadəsi xəstəliyi daha da ağırlaşdırır
18.11.2021 [17:26]
Yüngül simptomlu koronavirus xəstələrinin antibiotikdən istifadəsi xəstəliyi daha da ağırlaşdırır. Bu fikri AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib. Ekspertin sözlərinə görə, evdə müalicə alan koronavirus xəstələrinin əsas qüsurları, çoxlu miqdarda müxtəlif növ antibiotiklərin istifadəsidir ki, bu da nəinki xeyir edir, əksinə immuniteti zəiflədərək xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Buna görə də evdə müalicə olunanların həkim məsləhəti olmadan antibiotik dərman vasitələrindən istifadə etməsi düzgün deyil.