CƏMİYYƏT


Laçın istiqamətindəki döyüşlərdə şəhid olan Samir Qəfərli

Əsgər Samir Qəfərli Vətən müharibəsində Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 30-da Laçın istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.
AZƏRTAC xəbər verir ki, Samir Qəfərli 1994-cü ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 2001-ci ildə şəhid Ağamusa Mustafayev adına Bərgüşad kənd 1 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. 2012-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirən Samir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə qəbul olunub. Təhsil aldığı müddətdə televiziyada yayımlanan “Ata ocağı” serialında aktyor kimi ilk debütünü edib. 2019–cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Samir Qəfərli də döyüşə ilk atılan igidlərimiz arasında idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır