CƏMİYYƏT


Sabunçu rayonunda polis növbəti genişmiqyaslı əməliyyatlar keçirib

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin noyabr ayının 1-dən bu günə kimi rayon ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrdə narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 27 nəfər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan həmin şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.