SİYASƏT


Hərbçilərimiz işğaldan azad olunmuş Ağdamda xidmət etməkdən qürur duyurlar

AZƏRTAC-ın müxbirləri Ağdam döyüşlərində iştirak etmiş və burada qulluq edən hərbçilərimizlə həmsöhbət olublar. Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən şanlı Vətən müharibəsində xalq-dövlət-ordu birliyindən yaranan “Dəmir yumruq” düşmənə sarsıdıcı zərbə vuraraq ona əsrlər boyu unuda bilməyəcəyi ağır məğlubiyyət yaşatdı. Müharibə dövründə döyüş meydanında ağır zərbələr alan Ermənistan silahlı qüvvələri humanizm prinsiplərini bir daha tapdayaraq hər cür çirkin addımlara əl atsa da xalqımızın qələbə əzmi, ordumuzun rəşadəti və Müzəffər Ali Baş Komandanın qətiyyəti və sərkərdəlik məharəti şanlı Zəfəri təmin etdi.