CƏMİYYƏT


Şamaxıda “buster” doza ilə peyvənd olunanların sayı 7 minə çatıb

Azərbaycanda yeni növ koronavirus infeksiyası əleyhinə “buster” doza ilə peyvəndlənmə davam edir. Ölkədə yarım milyona yaxın vətəndaş qüvvətləndirici doza peyvənd vurdurub.
AZƏRTAC xəbər verir ki, Şamaxı rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Şamaxı Rayon Mərkəzi Xəstəxanası və Müalicə Diaqnostika Mərkəzinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Vətəndaşların COVID-19 infeksiyasına qarşı peyvənd edilməsi xüsusi nəzarət altında, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin müəyyən etdiyi qaydalara uyğun təşkil olunub. Bu günədək 80 minə yaxın sakin - əhalinin 75 faizdən çoxu peyvənd edilib.