FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib
22.11.2021 [17:42]
Xəbərin mətni
Müraciətdə bildirilib ki, havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsini yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün nazirlik təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır.