Prezident İlham Əliyev Portuqaliyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
22.11.2021 [20:19]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Portuqaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Van Zellerin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Jaime Van Zeller etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.