Elektron Hökumətin İnkişafı Mərkəzinin “Rəqəmsal icra hakimiyyəti” portalının təqdimatı keçirilib
23.11.2021 [13:36]
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılan “Rəqəmsal icra hakimiyyəti” - rih.gov.az portalının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini İbrahim Mustafayev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan üzrə direktoru Karin Hoerhan, beynəlxalq təşkilatların nümayəndələri, rayon, şəhər icra hakimiyyətlərinin başçıları və digər qonaqlar iştirak ediblər.