Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Oskar” şadlıq evinin rəhbəri 280 nəfərlik toy məclisi təşkil etdiyi üçün həbs edilib

23.11.2021 [19:27]

Paytaxtın Nizami rayonunda yerləşən “Oskar” şadlıq evində koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkar edilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şadlıq evində karantin qaydalarının pozularaq 280 nəfərin iştirakı ilə toy məclisi təşkil edildiyi məlum olub. Tədbir nəticəsində şadlıq evinin direktoru Rafael Məmmədov və orada işləyən xidməti personal saxlanılıblar.

BÖLMƏNİN DİGƏR VİDEOLARI