Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qadını şantaj edərək pul tələb edən şəxs saxlanılıb

24.11.2021 [15:07]

Xəbərin mətni

Şirvanda şantaj yolu ilə qadından pul tələb edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən 26 yaşlı qadın sosial şəbəkələrdə tanış olduğu Fərhad adlı şəxsin onun fotolarını virtual məkanda paylaşacağı ilə hədələyərək pul tələb etdiyini bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI