Sosial şəbəkələrdə narkotik maddələrin satışını həyata keçirən və məktəbliyə qarşı quldurluq edən şəxslər tutulublar
24.11.2021 [16:19]
Xəbərin mətni
Yasamal Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs, əvvəllər məhkum edilmiş Vüsal Yaqubov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun üzərində axtarış aparılarkən 170 qram heroin və 50 qram metamfetamin aşkarlanaraq götürülüb. Həmin şəxs izahatında narkotiklərin sosial şəbəkələrdə onlayn yolla satışını həyata keçirdiyini bildirib.