Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş olunacaq

25.11.2021 [10:12]

Xəbərin mətni

Noyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operası nümayiş olunacaq.AZƏRTAC xəbər verir ki, operada teatrın aparıcı solistləri Xalq artisti Əkrəm Poladov (Əli), Əməkdar artistlər Ramil Qasımov (Koroğlu), İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsənxan), Əliəhməd İbrahimov (Təlxək) və başqaları iştirak edəcəklər.