CƏMİYYƏT


Azərbaycanın Baş prokuroru və İstanbul şəhərinin Baş prokuroru Füzuliyə və Şuşaya səfər ediblər

Türkiyə Respublikası İstanbul şəhərinin Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 24-də Baş prokuror Kamran Əliyev və qonaqlar Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonuna səfər ediblər.
Səfərin iştirakçıları Ermənistanın 27 il ərzində Füzuli rayonunda törətdiyi müharibə cinayətlərinin ağır fəsadları, vəhşilik və vandalizm əməllərinin ağır izləri ilə yerində tanış olub.