CƏMİYYƏT


Tibb xidməti kapitanı: Müharibə tibb işçiləri üçün bir sınaq oldu və həkimlərimiz bundan üzü ağ çıxdı

Müharibə tibb işçiləri üçün bir sınaq oldu və həkimlərimiz bundan üzü ağ çıxdı.Bu sözləri AZƏRTAC-a müsahibəsində 44 günlük Vətən müharibəsinin Tibb xidməti kapitanı Fərhad Burzu söyləyib. Endokrinoloq İkinci Vətən müharibəsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Həkimlə müsahibəmizi təqdim edirik.