CƏMİYYƏT


Polisin keçirdiyi əməliyyatlar zamanı 47 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı Bakı şəhər sakini Şakir Məmmədov saxlanılıb. Onun üzərindən və Maştağa qəsəbəsindəki yaşadığı evin zirzəmisindən 30 kiloqrama yaxın marixuana və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib.
Salyan rayonu ərazisində həyata keçirilən əməliyyat zamanı isə ölkə ərazisinə xaricdəki narkotacirlər tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək satmaq məqsədi ilə paytaxta gətirmək istəyən 3 nəfər - Röyal Vəliyev, Vüqar Mahmudov və Fərhad Abdullayev saxlanılıblar. Onların üzərindən və istifadələrində olan avtomobildən 7 kiloqramdan artıq heroin və metamfetamin aşkar edilib.