Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçına gedən yol Qubadlıdan keçir

26.11.2021 [14:27]

Xəbərin mətni

Ötən il oktyabrın 22-də Qubadlı rayonu azad olunduqdan sonra Laçına gedən yollar Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu münasibətlə Müdafiə Nazirliyi Qubadlı rayonuna kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil edib. AZƏRTAC xəbər verir ki, hərbi qulluqçular torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatları xatirələrini media nümayəndələri ilə bölüşüblər.