Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin adı verilən liseydə xatirəsi anılıb
26.11.2021 [20:28]
Xəbərin mətni
Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin adını daşıyan Quba şəhəri Texniki təmayüllü liseydə keçirilən anım mərasimində şəhidin adının qeyd olunduğu giriş lövhəsinin açılışı olub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, müəllim və şagird kollektivi iştirak ediblər.