Mənə deyirdilər ki, müharibə gedir, yaşlı adamsan, sənin orada nə işin var? –Arif babanın evindən REPORTAJ
27.11.2021 [12:36]
Xəbərin mətni
Göyçayın Ləkçıplaq kənd sakini Arif İsmayılovu rayonda tanımayan yoxdur. Yerli camaat onu Arif baba deyə çağırır. Tez-tez cəbhə bölgəsinə gedərək əsgərlərimizə baş çəkən, onlara mənəvi dəstək olan Arif baba haqqında Vətən müharibəsindən əvvəl - 2020-ci il iyulun 24-də reportaj vermişdik. Şəhid atası olan Arif baba hələ o vaxt demişdi ki, əsgərlərimizdən vətənpərvər övlad kimi qəhrəmanlıq gözləyir.