SİYASƏT


Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub

Yeniyetmələr arasında hərbi vətənpərvərlik tərbiyəsini təbliğ etmək, məktəblilər arasında hərbi xidmətə marağı artırmaq, ordu haqqında düzgün və müsbət təsəvvür formalaşdırmaq, Vətənə məhəbbət, düşmənə nifrət hisslərini aşılamaq məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində silsilə tədbirlər keçirilir.
Bu mövzuda təşkil edilən “Qələbəyə gedən yol" adlı növbəti tədbirdə bir qrup Vətən müharibəsi iştirakçısı, orta məktəb şagirdləri və müəllimlər iştirak ediblər.