RƏSMİ


Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı öz işinə başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edir

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.