SİYASƏT


Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda minaatan və artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlimlər keçirilib.
Hərbi hissələrin çöl çıxışları dövründə keçirilən döyüş atışlı taktiki təlimlərdə bölmələrin komanda müşahidə məntəqəsinin açılması və atəş mövqeyini tutması tapşırıqları icra olunub.