CƏMİYYƏT


Koronavirusdan sağalan 65 yaşlı Quba sakini: Evə qayıdacağıma ümidim yox idi

COVID-19 infeksiyası hər gün can almaqda davam edir. Amma təəssüf ki, hələ də koronavirusun yarada biləcəyi fəsadları ciddiyə almayıb özünün və ətrafındakıların həyatını heçə sayanlar var.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki ay əvvələ kimi gözəgörünməz bəlanın varlığına inanmayan 65 yaşlı Mirzəbala Muradov ölümün pəncəsindən son anda qurtula bilib. Qubanın Küsnətqama kəndinin sakini həyatda qalmasını möcüzə adlandırır.