CƏMİYYƏT


İctimai nəqliyyatda pandemiya qaydalarına riayət etməyən 70-ə yaxın şəxs cərimə olunub

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq Baş İdarə və İdarələrinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, həmçinin Abşeron rayonunun kənd və qəsəbələrindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında reydlər keçirilib. Avtobuslarda yalnız polis əməkdaşını görən zaman tənəffüs yollarını qoruyan maskalardan istifadə edən bununla da virusun yayılmasına şərait yaradan sürücü və sərnişinlərin aşkar edilməsi üçün tədbirə mülki geyimli əməkdaşlar da cəlb olunub. Sumqayıt şəhərindən paytaxta doğru hərəkət edən avtobuslarda aparılan yoxlamalar zamanı nəqliyyat vasitəsinin salonunda olarkən maskadan istifadə etməyən şəxslər mülki geyimli polislər tərəfindən müəyyən edilib. Onlar barəsində inzibati tədbir görülüb.