CƏMİYYƏT


Kürdəmirdə yaşadığı evi icazəsiz tərk edən COVID-19 xəstəsi saxlanılıb

Rayon polis şöbəsi əməkdaşları tərəfindən COVID-19 xəstəliyinin analizi pozitiv çıxmış və hazırda virusun daşıyıcısı olan rayonun Şahsevən kənd sakini, 1990-cı il təvəllüdlü Usubov Musa Malik oğlunun yaşadığı evi icazəsiz tərk etməsi müəyyən olunub. Musa Usubov yaşadığı evdən 10 kilometr aralıda yerləşən aptekə gedərək, virusun digər insanlara keçməsinə təhlükəsi yaradıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Musa Usubov saxlanılıb, onunla profilaktik söhbətlər aparıldıqdan sonra yaşadığı evə geri gətirilib.