CƏMİYYƏT


Qusarda silsilə oğurluqlar edən gənc saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxsi saxlayıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional Qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, oğurluq hadisələrini törətməklə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Qusar rayon sakini Dadaşbala Mürşüdovdur. Onun rayon ərazisində müxtəlif ticarət obyektlərindən, evlərdən, mağazalardan pul, müxtəlif ərzaq məhsulları, müxtəlif növ siqaretlər, energetik içkilər, qızıl-zinət əşyaları və bahalı velosiped oğurladığı müəyyən edilib.