Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatalada qanunsuz küçə ticarəti ilə məşğul olan 20-yə yaxın satıcı cərimələnib

02.12.2021 [14:41]

Xəbərin mətni

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, keçirilən tədbirlər zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, şəhərin estetik gözəlliyinə xələl gətirən və natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb, xüsusilə pandemiya dövründə qida məhsullarının antisanitar şəraitdə satılmasının düzgün olmadığını izah ediblər.