CƏMİYYƏT


Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 27 nəfər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin noyabr ayının 15-dən həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik maddələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 27 nəfər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsinin  İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən ümümilikdə 2 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır