Sumqayıtda avtoxuliqanlıq edən sürücülər saxlanılıblar
03.12.2021 [11:32]
Sosial şəbəkələrdə bir sürücünün Sumqayıt şəhərində “QAZ 53” markalı yük maşını ilə avtoxuliqanlıq hərəkətləri etdiyinin görüntüləri yayılıb. Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının qısa zamanda həyata keçirdikləri tədbir nəticəsində həmin sürücünün şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, hadisə şəhər sakini 17 yaşlı Ə.Məmmədov tərəfindən atasına məxsus 31-BD-205 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədilib. Sumqayıt ŞPİ-nin DYPŞ-də həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib oluub və toplanan materiallar məhkəməyə göndərilib. Sürücünün yaşı nəzərə alındığı üçün barəsində inzibati qaydada həbs tətbiq edilməyib və o, 1000 manat məbləğində cərimə olunub.