CƏMİYYƏT


Yasamal rayonunda avtomobilin salonundan 10 min manatdan artıq pul oğurlayan şəxs saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə bir nəfər vətəndaş müraciət edərək bildirib ki, İ.Qutqaşınlı küçəsində idarə etdiyi avtomobilin qapısnın açıq olmasından istifadə edən naməlum şəxs oradan oğurluq edib. Zərərçəkən maşından içərisində 10530 manat olan çantanın və 200 manat dəyərində mobil telefonun oğurlandığını bildirib. 26-cı Polis Bölməsinə məlumat daxil olan kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Qısa zamanda həyata keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Məmmədəli Abbasov saxlanılıb.