Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ən böyük arzusu torpaqlarımızı azad görmək idi, elə bu amal uğrunda da şəhidlik zirvəsinə ucaldı

03.12.2021 [15:42]

Xəbərin mətni

Baş leytenant, şəhid Ruslan Rüstəmov Vətən müharibəsinin qəhrəmanlarından biridir. İdman Akademiyasını bitirməsinə baxmayaraq, onun uşaqlıq arzusu hərbçi olmaq idi. Elə bu arzu ilə hələ illər öncə hərb yolunu seçərək, Vətənin keşiyində dayandı. Vətəni canından da çox sevən Ruslan torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı.