CƏMİYYƏT
Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qadın və kişi saxlanılıb
03.12.2021 [16:33]
Paytaxtın Sabunçu rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Məhəmmədli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Kamran Rüstəmov və tanışı Aygün Məmmədova saxlanılıblar. Onların qəsəbə ərazisində yaşadıqları evə baxış zamanı Kamran Rüstəmova məxsus ümumi çəkisi 1 kiloqram 205 qram olan marixuana, elektron tərəzi, narkotik vasitələri satmaq məqsədi ilə bükümlər formasına salan əşya, süngü və beşbarmaq bıçaqlar aşkar olunaraq götürülüb. Kamran Rüstəmov ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduğunu da bildirib.