CƏMİYYƏT


Bakıda sanitar günü keçirilib

Cari ilin son ayının birinci şənbə günü Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər sanitar gününün keçirilməsi qərara alınıb.AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bununla bağlı görüləcək işlərə dekabrın 4-ü səhər saatlarından start verilib. Keçiriləcək sanitar günləri çərçivəsində paytaxtın bütün rayonlarında kommunal və digər qurumların iştirakı ilə genişmiqyaslı işlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır