CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Ülvi Hacıyevin xatirəsi anılıb

İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidi Ülvi Hacıyevin anım mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, şəhidin ailə üzvlərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının, digər şəhid ailələrinin üzvlərinin və qazilərin iştirak etdikləri tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.