CƏMİYYƏT


Cəlilabadda sahələrə yüksək reproduksiyalı taxıl əkilir

Respublikanın taxılçılıq üzrə ixtisaslaşmış rayonlarından olan Cəlilabadda bu il 72 min hektardan artıq sahədə dənli bitkilər əkilməsi üçün şum işləri aparılıb. Hava şəraitinin əlverişsizliyi fermerləri səpinə bir qədər gecikdirsə də, bu günədək 60 min hektar sahədə taxıl səpini başa çatıb.