Yuxarı Şirvan kanalı vasitəsilə 130 min hektar əkin sahəsi suvarılır
06.12.2021 [11:52]
Xəbərin mətni
Yuxarı Şirvan kanalında mövsümi işlər uğurla davam etdirilir. Uzunluğu 122 kilometr olan kanal mənbəyini Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Kür çayının sol sahilindən keçməklə 130 min hektar əkin sahəsinin suvarılmasını təmin edir.AZƏRTAC xəbər verir ki, kanaldan Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və Şamaxı rayonlarının əkin sahələri su ilə təmin olunur.