CƏMİYYƏT
Paytaxt ərazisində oğurladıqları avtomobili İsmayıllı rayonuna apararaq hissələrə ayırıb satmaq istəyən iki nəfər saxlanılıb
06.12.2021 [12:21]
Noyabrın 29-da paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus “Qaz 3110” markalı avtomobil Dərnəgül qəsəbəsi ərazisində naməlum şəxslər tərəfindən qaçırılıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin nəqliyyat vasitəsini qaçıran İsmayıllı rayon sakinləri Nurlan Əliyev və Vaqif Vəlibəyov saxlanılıblar.