SİYASƏT


Azərbaycan İstanbulda keçirilən XII Boğaziçi Sammitində təmsil olunur

Dekabrın 6-da İstanbulda XII Boğaziçi Sammiti işə başlayıb. Builki Sammit “Daha yaxşı dünya naminə çağırışlar” mövzusunda baş tutub.AZƏRTAC xəbər verir ki, Beynəlxalq Əməkdaşlıq Platforması (UİP-İCP) tərəfindən təşkil edilən tədbirdə ölkəmiz Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.