Amnistiya aktının icrası ilə bağlı Baş Prokurorluqda brifinq keçirilib
06.12.2021 [17:20]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs əsasında noyabrın 5-də Milli Məclis tərəfindən qəbul olunan “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarı son dərəcə humanist bir addımdır. Amnistiya elan edilməsi haqqında qərarı Zəfərin mərhəmət təntənəsi də adlandırmaq olar.
AZƏRTAC xəbər verir ki, bu barədə amnistiya aktının icra vəziyyəti ilə bağlı dekabrın 6-da Baş Prokurorluqda keçirilən brifinqdə məlumat verilib.