CƏMİYYƏT


Amnistiya aktının tətbiqi nəticəsində indiyədək 1921 şəxs azadlığa buraxılıb

Amnistiya aktı həm cinayət törətmiş, həm də məhkum olunmuş şəxslər barəsində tətbiq olunur. İndiyədək tətbiq edilmiş amnistiya aktının təxminən 85 faizi məhkum olunmuş şəxslərə şamil edilib. Aktın tətbiqi nəticəsində indiyədək ümumilikdə 1921 şəxs artıq azadlığa buraxılıb.AZƏRTAC xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın icra vəziyyəti ilə bağlı dekabrın 6-da Baş Prokurorluqda keçirilən brifinqdə məlumat verib.