Paytaxtda “Soyuq Əllər İsti Ürək” qış xeyriyyə yarmarkası təşkil olunub
07.12.2021 [18:54]
Bir neçə gündür ki, Bakıda Fəvvarələr Meydanında “Nargis” Fondunun təşkil etdiyi “Soyuq Əllər İsti Ürək” qış xeyriyyə yarmarkası fəaliyyətə başlayıb. 71 evdən və 2 restorandan ibarət xeyriyyə yarmarkası 2022-ci ilin yanvar ayının 15-dək davam edəcək. Hər il olduğu kimi, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək.