Xarkovda azərbaycanlıların qəhrəmanlığını tanıdan məkan
08.12.2021 [13:40]
Xəbərin mətni
Azərbaycanı dünyaya tanıdan qəhrəmanlarından biri də Sovet İttifaqı Qəhrəmanı Faris Səfərovdur. Faris Səfərov 1920-ci il iyunun 20-də Ağdaş rayonunun Ləki kəndində anadan olub. Böyük Vətən müharibəsi illərində sovet ordusu sıralarında Ukraynanın azad olunmasında iştirak edib. 1944-cü il martın 19-da “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Faris Səfərov xüsusilə Zaporojye, Xarkov şəhərlərinin alman faşistlərindən azad edilməsində qəhrəmanlıq göstərib. Müharibədən sonra Bakıda yaşayan və işləyən Faris Səfərov 1964-cü ildə avqustun 27-də, 44 yaşında vəfat edib.