Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
08.12.2021 [15:13]
Noyabrın 29-da paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus metronun “Azadlıq” stansiyasının yaxınlığındakı evindən naməlum şəxs tərəfindən oğurluq edilib. Həmin şəxs qapını açaraq içəridən dəyəri 20 min manat olan qızıl-zinət əşyaları oğurlayaraq hadisə yerindən yayınıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətlərinə görə məhkum edilmiş paytaxt sakini Emin Cabbarov saxlanılıb.