CƏMİYYƏT
Kənd Horadiz əməliyyatı – Vətən müharibəsinin iştirakçıları AZƏRTAC-a danışır
08.12.2021 [16:28]
Xəbərin mətni
Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsində ordumuzun cəbhəboyu endirdiyi sarsıdıcı zərbələr erməni hərbi birləşmələrinin darmadağın olmasına gətirib çıxardı. Qəhrəman Azərbaycan əsgəri bir-birindən uğurlu əməliyyatlar keçirərək, 30 ildən sonra torpaqlarımızı yağı düşməndən azad etdi. Vətən müharibəsinin uğurlu əməliyyatlarından biri də Kənd Horadiz döyüşləridir. AZƏRTAC-ın bölgə müxbiri Kənd Horadizdə xüsusi təyinatlı qüvvələrin mənsubları ilə həmsöhbət olub, onların döyüş təəssüratlarını qələmə alıb.