Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Doqquz ay ərzində Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan 7 min 993 şəxsə 109 min 443 tibbi xidmət göstərilib

08.12.2021 [17:24]

Xəbərin mətni

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olan müraciətlərə əsasən Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan 7 min 993 şəxsə 109 min 443 tibbi xidmət göstərilib. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 95 min 687-si ambulator, 13 min 756-sı isə stasionar şəraitdə göstərilib. Tibbi xidmət almış şəxslərdən 7 min 51 nəfəri müharibə iştirakçısı, 942 nəfəri isə şəhid ailəsi üzvü olub.AZƏRTAC xəbər ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.