“YAŞAT” Fondu: İndiyədək 154 ağır yaralı müalicə üçün Türkiyəyə göndərilib
08.12.2021 [18:01]
Xəbərin mətni
"YAŞAT" Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 3 min 12 və yaralıların 2 min 525 müraciəti olmaqla ümumilikdə 5 min 537 müraciət təmin edilib.AZƏRTAC xəbər verir ki, bunu Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib. Ümumilikdə 154 ağır yaralı müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib, onlardan 115-i ölkəyə geri qayıdıb. Hazırda 39 ağır yaralının müalicəsi Türkiyədə davam edir.