CƏMİYYƏT


Ədliyyə islahatlarına və innovasiyalara dair “açıq qapı” günü keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq ədliyyə sistemi mütərəqqi islahatlar aparılmaqla təkmilləşir və müasirləşir, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə əhaliyə daha keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. AZƏRTAC xəbər verir ki, dekabrın 8-də Ədliyyə Nazirliyində vətəndaş cəmiyyəti institutları və KİV nümayəndələrinin iştirakı ilə “Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş məmnunluğuna xidmət edən ədliyyə islahatları və innovasiyalar” mövzusunda mediatur təşkil olunmaqla “açıq qapı” günü keçirilib.